Bakının Suraxanı rayonunda yerləşən PANO ASC istehsal sexləri, ofis binası, emal sexləri və CNC emal mərkəzindən ibarət 25000 kvadrat metrdən artıq sahəyə malik olmaqla Azərbaycanın ən qabaqcıl müəssisələrindən biridir. PANO ASC-də 3 təcrübəli qrup fəaliyyət göstərir. Bunlara dizayn qrupu, emal qrupu və montaj qrupu daxildir. Şəffaf divar sistemi və qapı-pəncərə sistemləri ilə yanaşı, həm də adı çəkilən bu sistemlər barədə məsləhət xidmətləri də təklif edir. PANO ASC 20 ilə yaxındır ki, şəffaf divar və qapı-pəncərə sistemləri sahəsi üzrə fəaliyyət göstərir, hər zaman bütün növ şəffaf divar və polad struktur sistemlərinə diqqət göstərir. Məsələn, nöqtə sabitləmə tipli şüşə şəffaf divar, birləşmiş şəffaf divar, metal şəffaf divar, kölgələndirmə və gün işığı sistemləri, Avropa üslubunda pəncərə və qapılar və s. Ötən illər ərzində PANO ASC aluminium sistemlərini inkişaf etdirmiş və Almaniya laboratoriyalarında akkreditə olunmuş və Azərbaycanın iqlim dəyişiklikləri üçün uyğun olan xüsusi aluminium qapı, pəncərə və şəffaf divar sistemləri dizaynı hazırlamışdır. |